Təbrizli jurnalist xanım Əzəm Qurbani məsulların “qanunsuz pərdə və parça” biznesləri barədə hazırladığı reportaja görə cinayət məsuliyyətinə cəlb olunub.
Gunaz.tv
Təbrizin “azaranjoman” informasiya saytı xəbər verir ki, Şərqi Azərbaycan Radio və Televizyasının müxbiri Əzəm Qurbani məsulların “Araz Azad Ticarət Məntəqəsi” və Salmasda qanunsuz pərdə və parça ticarətləri ilə hazırladığı reportaj sosial mediada geniş rezonans doğurub.
Təbrizli jurnalistin “Təbrizin pərdə sənayesində termit” başlıqlı araşdırma yazısı ilə rəsmi məqamların bu yöndəki qanunsuz fəaliyyətlərinin Təbrizdə bu sahəni iflasa uğratdıqlarını üzə çıxarıb.
O, özünü idxalçı qismində qələmə verərək “Araz Azad Ticarət Məntəqəsi” məsulları ilə əlaqəyə girib və onların rüşvət tələb etdiklərini barədə faktları qeydə alıb. Eyni halda səlahiyyətli məmurların ölkənin İraqla qərb sərhəddində qaçaqçılar işə götürdüklərini və Təbriz bazarına qaçaq pərdə və parça idxal etdiklərini açkar edib.
Jurnalistin hazırladığı bütün materialların sənədli və faktlara söykəndiyinə baxmayaraq “Araz Azad Ticarət Məntəqəsi” rəhbərliyinin şikayəti əsasında onun barəsində “ictimai rəyi çaşdırmaq” ittihamı ilə cinayət işi açılıb.
C.E