"Onun əli xalqın qanına batıb"-Təbrizli millət vəkilindən İran hakimiyyətinə SƏRT İTTİHAMLAR

2021-04-08 12:56

Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərindən İran parlamentinə seçilən Güney azərbaycanlı millət vəkili Əhməd Əlirzabəyli hakimiyyəti tayfabazlıqda ittiham edib. 

Gunaz.tv Quote | Gunaz article

O, bu barədə İran parlamentinin dünənki iclasında çıxış edərkən bildirib. 

"Parlamentin daxili nizamnaməsinin 221-ci maddəsi əsasında daxili işlər nazirinin istizahında (impiçment) israr edirəm. İran xalqı bilir ki, parlamentin 10-cu dövründə hakim olan siyasi tayfaçılıq ucbatından mənim bu barədə məsələ qaldırmağıma imkan verilmədi”-deyə, o bildirib.


Millət vəkili 11-ci parlament dövründə də Daxili İşlər nazirinin istizahını (impiçment) tələb etdiyini, ancaq bunun qulaqardına vurulduğunu söyləyib.


Əhməd Əlirzabəyli Milli Təhlükəsizlik Şurası katibinin çıxışına istinadən bildirib ki, 2019-cu ilin noyabr etirazlarında insan ölümləri və xəsarətlər olmadan da məsələni həll etmək mümkün idi. Bu işdə Daxili İşlər nazirinin günahı danılmazdır.

Şəhər və kənd şuraları və prezident seçkilərinin yaxınlaşdığını qeyd edən Əhməd Əlirzabəyli seçkilərdə Daxili İşlər nazirinin nəzarət etməsini  düzgün saymayıb. Onun sözlərinə görə, bu, qəbuledilməzdir.

“Elan edirəm ki, Daxili İşlər nazirinin əli xalqın qanına batıb, ona belə bir əhəmiyyətli məsuliyyət tapışırmamalıdır"-millət vəkili bildirib.

 

Qeyd edək ki, 2019-cu ilin noyabrın 15-də  yanacağın qiymətinin  200% bahalaşması ölkədə ciddi etirazlara səbəb oldu. Etiraz aksiyaları daha sonra İrandakı mövcud rejimə və Əli Xamneyinin istefasına yönəldi. İranın bir çox şəhərlərində baş tutan dinc aksiyaların görüntüləri internetdə yayılmağa başlayandan sonra bir neçə saat ərzində etirazlar 21 şəhərə sıçradı. 

Şiddətli etirazlardan çəkilmiş fotolar beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı.

 

İran təhlükəsizlik qüvvələri, xüsusilə Daxili İşlər Nazirliyi etirazların yatırılması üçün geniş miqyaslı əməliyyatlar həyata keçirdi. İran hökuməti sonradan verdiyi açıqlamalarda 300-ə yaxın insanın öldürüldüyünü etiraf edib.

Beynəlxalq İnsan Haqları təşkilatları etiraz askiyalarında öldürülən dinc vətəndaşların sayının 1500 olduğunu bildirib. Əhaliyə, dinc aksiyaçılara qarşı amansız davranışda daha çox adı hallanan Daxili İşlər Nazirliyi və onun başçısı Əbdülrza Rəhmani Fəzli olub.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19