SON XƏBƏRLƏR

Təcridxanada iki azərbaycanlı fəala işgəncə verilib – Xoy şəhərində

2021.10.20, 07:36
Təcridxanada iki azərbaycanlı fəala işgəncə verilib – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, fevralın 16-da Xoy şəhərində bir neçə azərbaycanlı fəalın ev və iş yerində axtarış aparılıb.

 

Deyilənlərə görö, polis əməkdaşlarının apardığı əməliyyat şəhərdə divarlara tanınmış fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarların yazılması ilə bağlı olub.

 

Əldə etdiyimiz əlavə məlumata görə, polis əməkdaşları şənbə günü Salman İraqi və Vahid Səfərinin ev və iş yerlərində axtarış apardıqdan sonra həmin gün yenidən qayıdaraq fəalları yaxalayıb və Xoy Şəhər Polis İdarəsinin 2-ci bölməsinə aparıblar. Fəalların polis bölməsinin təcridxanasında 4 məmur tərəfindən döyüldüyü və ağır işgəncələrə məruz qaldığı bildirilir. Məlumata görə, işgəncə nəticəsində Salman İraqinin əli və barmaqları yaralanıb, Vahid Səfəri isə bel nahiyyəsindən xəsarət alıb.

 

Polis əməkdaşları ikinci dəfə müraciət edərkən Vahid Səfəriyə məxsus kompüter, durbin, bir neçə şəkil və 50 cild kitabı özləri ilə götürüb.

 

Azərbaycanlı fəallar o halda Polis təcridxanasında döyülüb ki, fevralın 17-də Xoy İnqilab Məhkəməsinin 1-ci şöbəsində fəalların dosyesinə baxılıb, lakin hakim fəalları dinlədikdən sonra onların barəsində bəraət hökmü çıxarıb. Fəallar “milli təhlükəsizliyi pozmağa cəhd görtərmək” ittihamından bəraət qazanıb.

 

Salmaq İraqi və Vahid Səfəri məhkəmə prosesində Abbas Lisaninin fəaliyyətinin qanunauyğun və Azərbaycan türklərinin milli və demokratik hüquqları uğrunda olduğunu bildirərək fəalı müdafiə ediblər.

 

Tanınmış milli-mədəni fəal Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar