SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Ulduz Qasimininin ata evinə hücum çəkib

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Ulduz Qasimininin ata evinə hücum çəkib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində təhlükəsizlik qüvvələri milli-mədəni fəal Ulduz Qasimini saxlamaq məqsədi ilə onun ata evinə hücum çəkiblər.


Hadisə çərşənbə axşamı günü, sentyabrın 4-də baş verib.


Məmumata görə, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən zorla evə daxil olaraq axtarış aparıblar. Axtarış nəticəsində fəala aid bir çox kitab və evdə olan elektron irtibat (kommunikasiya) vasitələri məmurlar tərəfindən götürülüb.


Məmurlar həmçinin Ulduz Qasiminin anasına bir çağırış vərəqəsi göstərərək Ulduzun sentyabrın 5-də “Doqquz Təpə” Polis İdarəsinin təhlükəsizlik bölümünə müraciət etməsini istəyiblər. Fəalın anasına təhdid edilərək bildirilib ki, Ulduz təyin olunan vaxtda Polis İdarəsinə müraciət etməsə, bunun bədəbi ağır olacaq.


Axtarış aparılarkən fəalın ata evi və qonşu ailələrdə qorxulu anlar yaşanıb.  


Ulduz Qasimi atası evinə hücum çəkildiyi zaman İnstaqram səhifəsində Urmu gölü kənarında çəkdirdiyi şəkilini paylaşıb.


Ulduz Qasimi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar