SON XƏBƏRLƏR

Təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilən qoşaçaylı milli-mədəni fəal saxlanılıb

2021.10.20, 07:36
Təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilən qoşaçaylı milli-mədəni fəal saxlanılıb

Gunaz.tv

GünAz TV: Qoşaçayda azərbaycanlı milli-mədəni fəal Vəliulla Zöhrabi (Oxtay) bir neçə gün təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildikdən sonra nəhayət saxlanılıb.


Məlumata görə, təhlükəsizlik qüvvələri yanvarın 1-dən başlayaraq fəala zəng edib onu yaxalamaqla təhdid ediblər. Nəhayət yanvarın 8-də yaxalanan fəal birbaşa Qoşaçayın Mərkəzi Zindanına aparılıb. O 5 gün saxlandıqdan sonra yanvarın 13-ü yerli vaxtla saat 14 radələrində mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.


Təhlükəsizlik qüvvələri fəalı yaxalarkən məhkəmə hökmü təqdim etməyiblər, onun hansı səbəbdən yaxalandığı da açıqlanmır.


V.Zöhrabi bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar