SON XƏBƏRLƏR

Tehran- Abadan reysi üzrə uçan təyyarə qəza enişi edib

2021.10.20, 07:36
Tehran- Abadan reysi üzrə uçan təyyarə qəza enişi edib

Gunaz.tv

GünAz TV: Tehran- Abadan reysi üzrə uçan təyyarə yaranmış texniki nasazlıq səbəbindən İsfahanın “Şəhid Behişti” hava limanında qəza enişi edib.

 

Göyərtəsində 117 nəfər olan təyyarənin qəzaya uğramadan eniş edə bildiyi deyilir. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

 

Təyyarədə yaranan texniki nasazlıqla bağlı araşdırmaların başlandığı bildirilir.

 

Qeyd etmək lazımdır ki, İran hava yolları şirkətləri istifadə müddətini başa vurmuş təyyarələrdən bol istifadə etdiklərinə görə, tez-tez bu ölkəyə məxsus hava gəmilərinin qəzaya uğraması barədə məlumatlar yayılır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar