SON XƏBƏRLƏR

Tehran avtobusları koronavirusun yenidən kəskin yayılması üçün əlverişli məkandır- Rəsmi qurumdan xəbərdarlıq

2021.10.20, 07:36
Tehran avtobusları koronavirusun yenidən kəskin yayılması üçün əlverişli məkandır- Rəsmi qurumdan xəbərdarlıq

Gunaz.tv

GünAz TV: Tehranın Koronavirusla Mübarizə üzrə Qərargahı paytaxt avtobuslarının koronavirusun yenidən kəskin şəkildə yayılması üçün əlverişli məkan olduğunu bəyan edib.

 

Bu barədə danışan Qərargahın rəhbəri Əlirza Zali qeyd edib ki, təkcə ötən gün ərzində Tehranda 440 yeni koronavirus xəstəsi aşkarlanıb və onlardan vəziyyətləri ağır olan 85%-i hazırda intensiv terapiya şöbəsində müalicə alır.

 

O həmçinin müxtəlif dövlət qurumlarına xəbərdarlıq edərək bildirib ki, ictimai nəqliyyat vasitələri koronavirusun yayılması üçün ən münasib məkandır və rəhbərlik etdiyi Qərargah bu vəziyyətdən narahatdır.

 

Qeyd etmək lazımdır ki, İran hökumətinin qərarı ilə koronavirusa yoluxma baxımından "az təhlükəli" adlandırılan işlərdə tətillər bu gün sona çatıb və həmin müəssisələrin əməkdaşları yenidən iş yerlərinə dönüblər.

 

Bir neçə gün öncə Tehran Metropolitenin sədri, eləcə də şəhər İcra Hakimiyyətinin İctimai Nəqliyyatla İş üzrə şöbəsinin rəisi müxtəlif qurum və müəssisələrin yenidən fəaliyyətə başlamasının ictimai nəqliyyatdan kəskin istifadəyə, bunun da öz növbəsində infeksiyanın yenidən yüksək həddə yayılmasına səbəb olacağı barədə xəbərdarlıq etmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar