SON XƏBƏRLƏR

Tehran derbisində hər iki komandanın tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndiriblər – VİDEO

2021.10.20, 07:36
Tehran derbisində hər iki komandanın tərəfdarları “Ölüm olsun türkə” şüarı səsləndiriblər – VİDEO

Gunaz.tv

GünAz TV: Tehran derbisində “İstiqlal” və “Piruzi” komandalarının tərəfdarları hamısı birlikdə “ölüm olsun türkə” şüarı səsləndiriblər.

 

Hadisə martın 1-i Təbriz vaxtı ilə saat 15:45-də paytaxt komandalarının Azadı stadionunda keçirdiyi görüş zamanı baş verib. Qarşılaşma super liqa yarışlarının 25-ci həftəsi çərçivəsində keçirilib.

 

“Ölüm olsun türkə” şüarının səsləndirildiyi görüş İran televiziyasında da yayılıb.

 

https://www.youtube.com/watch?time_continue=11&v=2RsZMfDKBJE

 

 

Yuxarıda adları çəkilən Tehran komandalarının görüşlərində belə faktlara tez-tez rast gəlinir. Futbol Federasiyasının İnzibati Komitəsi isə paytaxt komandalarını, tərəfdarlarının irqçi hərəkətlərinə görə cəzalandırmır.

 

Bu arada super liqa yarışlarının 25-ci həftəsində Təbrizin “Traxtur” futbol komandası Tehranın “Peykan” takımı ilə qarşılaşıb. Martın 1-i yerli vaxtla saat 15:00-da Təbrizin səhənd stadionunda başlayan görüş 0:1 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb. “Peykan”a qələbə qazandıran qol oyunun 16-cı dəqiqəsində Mehdi Mömini tərəfindən vurulub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar