SON XƏBƏRLƏR

Tehran Elm və Texnologiya Universitetinin tələbələri etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
Tehran Elm və Texnologiya Universitetinin tələbələri etiraz aksiyası keçiriblər

Gunaz.tv

GünAz TV: Tehran Elm və Texnologiya Universitetinin tələbələri 150 tələbənin qidadan zəhərlənməsi səbəbilə etiraz aksiyası keçiriblər.

 

Tələbə Həmkarlar İttifaqının sədri Moid Mehdiyanın sözlərinə görə, ötən gün 150 yaxın tələbə universitetin verdiyi yeməkdən zəhərlənib.

 

Axşam yeməyində tələbələr yemək yeməkdən imtina ediblər, nəticədə universiteti qida ilə təmin edən podratçı şirkətin əməkdaşı yeməkxanaya gəlib. O, tələbələrlə birlikdə universitet məsullarını bir neçə saat gözləsə də, yeməkxanaya heç kim gəlməyib.

 

Tələbələr universitet rəsmilərinin bu cür etinasızlığına etiraz əlaməti olaraq bu gün rektorluğun qabağında etiraz aksiyası təşkil ediblər. Onlar podratçının dəyişdirilməsini və rektoratlığın baş vermiş hadisəyə görə tələbələrdən üzr istəməsini tələb edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar