SON XƏBƏRLƏR

Tehran Pedoqoji Universitetinin tələbələri etiraz aksiyası keçirir

2021.10.20, 07:36
Tehran Pedoqoji Universitetinin tələbələri etiraz aksiyası keçirir

Gunaz.tv
Tehran Pedoqoji Universitetinin tələbələri etiraz aksiyası keçirir DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Tehranın Pedoqoji Univesritetinin tələbələri tələbə haqlarının rejim tərəfindən kobudcasına pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyaları və kütləvi aksiyalar keçirməyə başlayıblar. 1500 nəfərdən artıq oğlan və qızların iştirak etdiyi aksiyada 60 nəfəri aclıq aksiyasına başlayıblar. Bir həftə bundan öncə başlayan aksiya “tələbələrə azadlıq”, “polis rejiminə son qoyulsun”, “siyasi məhbuslar azad edilsin” şüarları ilə öz etirazlarını bildirirlər. Aclıq aksiyasında iştirak edən qız tələbələrinin ikisinin vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdiriliblər. Aksiya iştirakçılarının əksəriyyətini Güney Azərbaycan tələbələri təşkil edir. www.dak.az ------------------------------------------------------------------------- Azər­bay­can­la İs­veç­rə ara­sın­da ti­ca­rət döv­riy­yə­si ar­tı­rı­la­caq Azər­bay­can və İs­veç­rə ara­sın­da ti­ca­rət döv­riy­yə­si­nin ar­tı­rıl­ma­sı is­ti­qa­mə­tin­də iş apa­rı­lır. Bu ba­rə­də APA-ya İs­veç­rə­nin Azər­bay­can­da­kı sə­fi­ri Alan Qi­det­ti mə­lu­mat ve­rib. Onun söz­lə­ri­nə gö­rə, iki öl­kə ara­sın­da ti­ca­rət döv­riy­yə­si­nin ar­tı­rıl­ma­sı üçün bö­yük po­ten­si­al möv­cud­dur. Sə­fir ha­zır­da ti­ca­rət döv­riy­yə­si­nin ümu­mi həc­mi­nin 100 mil­yon dol­lar­dan ar­tıq ol­du­ğu­nu bil­di­rib. İs­veç­rə­nin Azər­bay­can­da se­ment biz­ne­si­nə ma­raq gös­tər­di­yi­ni de­yən sə­fir bu sa­hə­yə sər­ma­yə ya­tır­maq is­tə­dik­lə­ri­ni vur­ğu­la­yıb. Döv­lət­lə­ra­ra­sı əla­qə­lə­rin in­ki­şa­fın­da qar­şı­lıq­lı rəs­mi sə­fər­lə­rin bö­yük rol oy­na­dı­ğı­nı de­yən Alan Qi­det­ti ya­xın za­man­lar­da İs­veç­rə par­la­men­ti­nin spi­ke­ri­nin Azər­bay­ca­na sə­fər edə­cə­yi­ni bil­di­rib: "Sə­fər za­ma­nı İs­veç­rə pre­zi­den­ti­nin ma­yın 10-13-də Ba­kı­ya sə­fə­ri za­ma­nı baş­lan­mış ener­ji dia­lo­qu da­vam et­di­ri­lə­cək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar