SON XƏBƏRLƏR

Tehran rejimi xarici sərmayəyə möhtacdır

2021.10.20, 07:36
Tehran rejimi xarici sərmayəyə möhtacdır

Gunaz.tv

GünAz TV: İran neft nazirinin müavini Möhsün Xocəstemehr bildirib ki, yaxın beş il ərzində ölkənin enerji sektoruna (enerji sahəsi) 150 mlrd. dollar sərmayə qoyulmasa, İranda neft hasilatı sutkada (24 saatda) 1 mln. barel (boşka) azala bilər.

 

İran Milli Neft Şirkətinin 2015-ci ilədək olan dövrü nəzərdə tutan 5-ci inkişaf planında (tərhində) nəzərdə tutulan sözügedən kapital qoyuluşu baş tutmasa, gündəlik neft hasilatı 3,7 mln. bareldən 2,7 mln. barelə düşə bilər. Bu barədə “APA-Economics” İRNA-ya istinadən xəbər yayıb.

 

Onun sözlərinə görə, zəruri kapital qoyuluşu həyata keçirilərsə, İranda enerji resurslarının (mənbələrinin) gündəlik hasilat potensialı 4,7 mln. barel neft və 1,47 mlrd. kubmetr (metr-i mükəəb) qaz (hazırda 600 mln. kubmetrdir) təşkil edəcək. Möhsün Xocəstemehr qeyd edib ki, investisiya (yatırım, sərmayə yatırmaq) planı qaz layihələrinin inkişafına 75 mlrd. dollar, neft yataqlarının işlənməsinə 34 mlrd. dollar, istehsal gücünü təmin etməyə 32 mlrd. dollar sərmayə qoyulmasını nəzərdə tutur: “İranın nüvə proqramı ilə əlaqədar böyük dövlətlərin tətbiq etdiyi sərt maliyyə və iqtisadi sanksiyalara (təhrimlərə) baxmayaraq, sözügedən məbləğin 60 mlrd. dollarını xarici investorlar (sərmayə qoyanlar, yatırımcılar), 50 mlrd. dollarını İranın Neft Nazirliyi, 40 mlrd. dollarını isə İran bankları təqdim edə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar