SON XƏBƏRLƏR

Tehran Şəhər İcra Hakimiyyətinin əməkdaşları zibil yeşiyində çörək axtaran uşağın qulağını kəsiblər. 1-ci vitse-prezident işə qarışıb - VİDEO

2021.10.20, 07:36
Tehran Şəhər İcra Hakimiyyətinin əməkdaşları zibil yeşiyində çörək axtaran uşağın qulağını kəsiblər. 1-ci vitse-prezident işə qarışıb - VİDEO

Gunaz.tv

GünAzTV: Tehran Şəhər İcra Hakimiyyətinin əməkdaşları zibil yeşiyində çörək axtaran bir uşağı döyüb təhqir etdikdən sonra ülgüclə qulağını kəsiblər.

 

Qulağı kəsilmiş məzlum uşağın video-görüntüləri vətəndaşlar tərəfindən sosial şəbəkələrdə yayılması, ölkədə böyük rezonansa səbəb olub. Əsəb gərginliyi içində olan uşaq, həmin videoda sərbəst danışmaqda çətinlik çəksə də, Şəhər İcra Hakimiyyəti əməkdaşlarının (şəhrdari məmurları) ona zorakılıq edərək qulağını kəsdiklərini bildirib.

 

Ac-yalavac, kasıb və məzlum bir uşağa qarşı edilən cinayət və qəddarlıq, cəmiyyətdə böyük əks-səda doğuraraq insanların qəzəbinə səbəb olub. Məsələnin sosial şəbəkələrdə geniş etirazlara səbəb olmasının ardınca, İranın birinci vitse-prezidenti İshaq Cahangiri işə qarışaraq, sentyabrın 3-də Tehran hüquq-mühafizə qüvvələrinin komandanına, Tehran Şəhər İcra Hakimiyyətinin başçısına və ETTELAAT nazirinə məktub yazıb. Cahangiri həmin məktubunda, uşağın qulağını kəsən şəxs və ya şəxslərin kimliyinin təcili müəyyənləşdirilməsini və İran məhkəmə orqanlarına təhvil verilməsini tələb edib.

 

İranın 1-ci vitse-prezidenti İshaq Cahangiri

 

VİDEO:

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar