SON XƏBƏRLƏR

Tehran Universitetinin müəllimi: Fars dili türk, ərəb, ingilis və bəzi qədim fars sözlərindən ibarətdir - VİDEO

2021.10.20, 07:36
Tehran Universitetinin müəllimi: Fars dili türk, ərəb, ingilis və bəzi qədim fars sözlərindən ibarətdir - VİDEO

Gunaz.tv

GünAz TV: Tehran Universitetinin müəllimi İsmayıl Əmini fars dilində çox sayda türk, ərəb və ingilis sözləri olduğunu bildirərək bu dildə daha çox yeni sözlərə ehtiyac olduğunu deyib.

 

O bu barədə ötən çərşənbə günü “Cavan” Radiosu ilə danışıqda məlumat verib.

 

“Fars dilində çox sayda türk sözü var. Misal üçün “Q” hərfi içində olan təxminən bütün sözlər türk, bəzi hallarda isə ərəb sözüdür. Fars dilində ümumiyyətlə “Q” hərfi yoxdur. Məsələn qəşəng, qırmızı, qab, boşqab, yaylaq, qışlaq və s. kimi sözlər hamısı türk dilinə aiddir. Ona görə də təmiz fars dilində danışmağa çalışmaq yanlış bir təsəvvürdür.     Məsələn “cəng” (savaş mənasındadır) Hind, “fəhm” isə ərəb sözləridir”- deyə o bildirib.

 

Tehran Universitetinin müəllimi qeyd edib ki, küçə-bacada danışılan fars dili universitet mühitində və mütəxəssislər arasında heç bir işə yaramır.

 

“Düşünün ki, biri universitet müəllimidir. Şübhəsiz ki, onun fars sözlərindən başqa, bir çox sözlərə ehtiyacı var. Məsələn tibb üzrə mütəxəssis üçün də xüsusi sözlər gərəkir, hansıki fars dilində yoxdur.

Fars dili və ədəbiyyatı mədəniyyət evi bir sıra yeni lüğətlər yaradıb. Onların bir çoxu əhali arasında öz yerini tapıb və istifadə olunur. O sözlərdən universitet və fakültəni əvəz edən danişqah və danişkədə, həmçinin idman sahəsində yaradılan sözləri misal çəkmək olar.

Fars dili və ədəbiyyatı mədəniyyət evi hər zaman türk, ərəb və ingilis sözlərini əvəz edən farsca yeni sözlər yaratmalıdır. Bu sözlər birinci gülünc qəbul olunsa da  sonra əhali arasında öz yerini tapacaq”- deyə o əlavə edib.

 

İsmayıl Əmini fars dilinə digər dillərdən çox sayda sözün daxil olmasını bu dilin yeni sözlərə olan ehtiyacı ilə izah edib və iddia edib ki, bu proses müxtəlif ölkələrdə müşahidə olunur.

 

Video:

https://www.youtube.com/watch?time_continue=81&v=G-GeQDrP4Ak

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar