SON XƏBƏRLƏR

Tehran və Ərdəbildə divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb və posterlər yapışdırılıb – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Tehran və Ərdəbildə divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb və posterlər yapışdırılıb – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Bir Aydan çoxdur qanunsuz saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şoydaşlarımızın sayı günü-gündən artır.

 

Bu arada İran zindanlarında məhbus həyatı yaşayan digər azərbaycanlı fəalların da azadlığa buraxılması tələb olunur. Soydaşlarımız bu məqsədlə Tehranın bir çox xiyabanında divarlara posterlər yapışdırıb. Azərbaycanlı siyasi məhbusların şəkilləri əks olunan posterlərdə onların azadlığa buraxılması tələb olunub.

 

Posterlərə “Bizim fəryadımızın sənin zindanından daha təsirli olacaq”, “Biz, azərbaycanlı milli-mədəni fəallar, xüsusi ilə də Abbas Lisaninin azadlığa buraxılmasını tələb edirik”, “Abbas Lisanini azad edin” və s. kimi sözlər yazılıb.

 

Fevralın 14-də, Abbas Lisaninin saxlanmasından 1 ay sonra Ərdəbildə divarlara yenidən posterlər yapışdırılıb.

 

https://www.youtube.com/watch?time_continue=6&v=FIdFUmM3tpk

 

 

Posterlərdə fəalın qanunsuz saxlanmasına etiraz edilib, onun qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

 

https://www.youtube.com/watch?time_continue=13&v=e65frgxv6PY

 

 

Tanınmış fəal saxlandığı gündən Ərdəbildə dəfələrlə divarlara şüarlar yazılıb, posterlər yapışdırılıb və etiketlər yayılıb.

 

Abbas Lisaninin azadlığa buraxılması üşün etirazlar müxtəlif formalarda davam etdirilir. “Mən də Abbas Lisaniyəm” 30 saniyyəlik video kampaniyası internetdə günü-gündən genişlənir, Tehran da daxil olmaqla Güney Azərbaycan şəhərlərində posterlər paylanılır və şüarlar yazılır. Avropa ölkələrində İran səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Azərbaycan Respublikasının partiyaları və Türkiyə vətəndaşlarının məsələyə münasibət bildirməsi, beynəlxalq insan hüquqları qurumlarına müraciət etmək və sosial şəbəkələrdə aparılan kampaniyalar Abbas Lisaniyə verilən dəstək işlərinin tərkib hissəsidir.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib. Bu günədək məhkəmə və təhlükəsizlik orqanları fəala qarşı irəli sürülən ittiham və onun hansı şəraitdə saxlanması barədə heç bir açıqlama verməyib, bu məsələ fəalın ailəsi və milli fəalların nigaranlığına səbəb olub.

 

Tehranda divarlara yazılan şüarlar:

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar