SON XƏBƏRLƏR

Tehranda 3 məşhur restoran sahibi tutulub- Qadın və kişilərin birlikdə rəqs etməsinə görə

2021.10.20, 07:36
Tehranda 3 məşhur restoran sahibi tutulub- Qadın və kişilərin birlikdə rəqs etməsinə görə

Gunaz.tv

GünAz TV: Bir neçə gün öncə Tehranda fəaliyyət göstərən məşhur restoranlardan birində qadınlarla kişilərin birlikdə rəqs etməsini əks etdirən video yayılmışdı.

 

Bu gün Tehran Prokurorluğu məsələ ilə əlaqədar şəhərin 3 məşhur restoranının- Firdovsi, Şəbistan və Divanın bağlandığı və sahiblərinin həbs edildiyi barədə məlumat yayıb. Onların qarşı “qadın və kişilərin eyni mühitdə olması və rəqs etməsinə şərait yaratmaq” ittihamı ilə cinayət işi başladılıb.

 

Xatırladaq ki, ötən günlərdə yayılmış videoda baş örtükləri olan bir qrup qadının Tehran restoranlarından birində rəqs etdiyi görünürdü. Bundan öncə də dəfələrlə oxşar səbəblərdə İranın müxtəlif bölgələrində fəaliyyət göstərən iaşə obyektləri və ya digər məkanlar plomblanıb.

 

Yanvar ayında İran polisi Qasım Süleymaninin dəfn mərasimi ilə eyni zamanda şənlik təşkil etdiyi üçün Əhvazın “Gate Bustan” adlı mərasim salonunun da bağlandığı barədə məlumat yaymışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar