SON XƏBƏRLƏR

Tehranda 5,2 bal gücündə zəlzələ baş verib

2021.10.20, 07:36
Tehranda 5,2 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

 GünAzTV: Dekabrın 20-si yerli vaxtla axşam saat 11:27 radələrində Tehranda Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri, Tehran və Əlbürz əyalətlərinin sərhəddində, Melard şəhəri yaxınlığında, yerin 7 km dərinliyində qeydə alınıb. Zəlzələ, İranın Qum, Qəzvin, Gilan və Mərkəzi əyalətlərində hiss olunub. Zəlzələdən az sonra 10 yeraltı təkan Tehranı silkələyib və paytaxt əhalisinin ciddi qorxusuna səbəb olub. Əhalinin əksəriyyəti gecəni küçələrdə keçirmək məcburiyyətində qalıb.

 

Yayılan ilkin məlumatda bildirilir ki, Tehran əyalətinin Melard şəhərində, zəlzələ qorxusundan tələsik evlərini tərk edərkən ən azı 20 nəfər müxtəlif dərəcəli xəsarət alıb, hamilə bir qadın və 10 yaşlı bir qız uşağı naməlum səbəbə görə həyatını itirib. Zəlzələnin hər hansı bir ciddi dağıntıya səbəb olmadığı bildirilir.

 

İranın Böhrana Nəzarət Təşkilatının rəisi isə baş vermiş təbii fəlakətdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, zəlzələyə görə dekabrın 21-də bütün ibtidai və orta məktəblər, Tehran Universiteti, eləcə də dövlət idarə və qurumları tətil olacaq.

 

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar