SON XƏBƏRLƏR

Tehranda avtobusda oturmaq istəyən sərnişinlər əvvəlcədən yerlərini rezerv etməli olacaqlar

2021.10.20, 07:36
Tehranda avtobusda oturmaq istəyən sərnişinlər əvvəlcədən yerlərini rezerv etməli olacaqlar

Gunaz.tv

GünAz TV: Tehranın izdihamlı xəttləri üzrə hərəkət edən avtobuslarda bu gündən etibarən oturacaqlarda əyləşmək istəyən sərnişinlər əvvəlcədən yerlərini rezerv etməli olacaqlar.

 

Bu barədə məlumat yayan "Tehranbus" şirkətinin icraçı direktoru Mahmud Tərəffo bildirib ki, paytaxt sakinləri internet üzərindən insanların gediş-gəlişinin sıx olduğu xəttlər üzrə işləyən avtobus və mikroavtobuslarda oturacaq rezerv edə biləcəklər.

 

O qeyd edib ki, sözügedən avtobus və mikroavtobuslar "ekskluziv" olmaqla yanaşı, dövlətin koronavirusla mübarizə üzrə qəbul etdiyi ictimai izolyasiya tədbirlərinin bütün müddəalarına əməl edəcək. Mahmud Tərəffonun sözlərinə görə, bu cür avtobuslar "Tehranbus" şirkətindən müstəqil olaraq fəaliyyət göstərəcəklər.

 

Rəsmi vətəndaşların avtobuslarda əvvəlcədən yer sifariş etməklə, əlavə pul ödəyib-ödəməməli olduqları ilə bağlı heç nə deməyib.

 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayının 6-da da "Tehranbus"ın sabiq icraçı direktoru Peyman Sənəndəci bu layihəni təqdim etmişdi. Lakin 1 gün sonra həm bələdiyyə sədri, həm də valisi layihəni qanunsuz adlandırmış, onun həyata keçirilməyəcəyini demişdilər. Təklif edilmiş həmin layihədə oturacağın əvvəlcədən rezerv edilməsi üçün əlavə ödəniş tələb olunması nəzərdə tutulurdu. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar