SON XƏBƏRLƏR

Tehranda çərəz məhsullarının satışı 70-80% azalıb

2021.10.20, 07:36
Tehranda çərəz məhsullarının satışı 70-80% azalıb

Gunaz.tv

GünAz TV: Tehran Çərəz və Qurudulmuş Meyvə Birliyinin sədri Mustafa Əhmədi bildirib ki, şəhərin bütün nöqtələrində yerləşən topdan və pərakəndə satış mağazaları rəhbərlərinin sözlərinə əsasən, Novruz bayramından öncə çərəz satışı 70-80% azalıb.

 

O, bu azalmanın səbibini 2 amillə bağlayıb. İlk amil sanksiyalar səbəbindən çərəz məhsullarının yetişdirilməsinin kəskin bahalaşması, 2-ci amil isə bu il yaşayan kəskin soyuqlar nəticəsində meyvə bağlarında məhsulların tələf olmasıdır.

 

İran Cavan Jurnalistlər Qrupu isə mövzu ilə əlaqəli yayımladığı xəbərdə bildirib ki, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi yalnız çərəz məhsulları sektorunda deyil, bu, bir çox sahələrdə, xüsusilə də geyim sektorunda kəskin nəzərə çarpır.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalardan sonra İranda ərzaq və geyim məhsullarının qiymətlərində kəskin artım müşahidə olunur. Amerika yenidən İranla razılaşma əldə edilməsi və sanksiyaların aradan qaldırılması üçün 12 müddəadan ibarət yeni şərtlər irəli sürsə də, iranlı rəsmilər bunları qəbul etməyib. Bu şərtlərin bəziləri İrandan əhalinin pulunu Bəşər Əsəd hökumətinin qorunub saxlanması üçün xərcləməyi və Hizbullah kimi terror təşkilatlarına ayırdığı maliyyə yardımlarını dayandırmağı tələb edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar