SON XƏBƏRLƏR

Tehranda daha 1 qadın baş örtüyünü açdığına görə həbs edilib - VİDEO

2021.10.20, 07:36
Tehranda daha 1 qadın baş örtüyünü açdığına görə həbs edilib - VİDEO

Gunaz.tv

GünAzTV: İranda hakim mollaların məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq küçədə baş örtüyünü açan daha 1 qadın həbs edilib.

 

Hadisə, fevralın 21-i, paytaxt Tehranın Qeytəriyyə məntəqəsində baş verib. Bir uşaq anası olan Şapərək Şəcərizadə adlı gənc qadın, mürtəce rejimin məcburi hicab siyasətinə qarşı dinc etirazını bildirmək üçün küçənin ortasında baş örtüyünü açaraq havada yelləmyə başlayıb. Etirazçı qadın, bu şücaətinə görə yoldan keçənlər tərəfindən alqışlansa da, o, az sonra məsələdən xəbardar olan polis və təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalaraq həbs edilib.

 

Tutularaq naməlum istiqamətə aparılan gənc ananın hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Təkcə Tehranda, küçə və meydanlarda baş örtüyünü açan 29 qadın həbs edilib.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar