SON XƏBƏRLƏR

Tehranda daha bir qadın küçədə baş örtüyünü açaraq rejimin məcburi hicab siyasətinə etiraz bildirib - VİDEO

2021.10.20, 07:36
Tehranda daha bir qadın küçədə baş örtüyünü açaraq rejimin məcburi hicab siyasətinə etiraz bildirib - VİDEO

Gunaz.tv

GünAzTV: Tehranın mərkəzi küçələrindən birində daha bir qadın baş örtüyünü açaraq, hakim rejimin qadınlara zorla qəbul etdirdiyi məcburi hicab siyasətinə etiraz bildirib. Hadisənin dəqiq tarixi haqda məlumat yayılmayıb.

 

Sosial şəbəkələrdə yayılan bir video görüntülərinə əsasən, adı mediaya açıqlanmayan və rejimin xanımlara qarşı zorakılığından boğaza yığılan gənc bir qadın baş örtüyünü açandan sonra üzərində “Başınızdan örtüyü açıb atın” şüarı yazılmış bir plakard qaldıraraq, küçədə addımlamağa başlayıb. O, bu hərəkəti ilə digər qadınları da məcburi hicaba qarşı birgə mübarizəyə çağırıb. Etirazçı qadının sonrakı taleyi, onun tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, İranda qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

 

Qeyd edək ki, son bir ildə  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar