Tehranda dərvişlərlə hökumət qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, 60 dərviş tutulub - 9 VİDEO

20.02.2018, 10:26

GünAzTV: Fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb, ən azı 60-ı həbs edilib.

 

Hadisə, Tehrana gələn dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllərin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib. Məsələdən xəbər tutan dərvişlər, hadisə yerinə gələrək polis komandanları ilə sakitcə danışaraq, həbs edilən Nemətullah Riyahinin dərhal azadlığa buraxılmasını tələb ediblər. Lakin problemin dinc yolla həlli nəticəsiz qaldıqdan sonra, polislər dərvişləri təhdid edərək, onları dağıtmağa cəhd ediblər. Polisin dərvişlərə qarşı zorakılığı isə qarşıdurmaya səbəb olub.

 

Gecə saatlarında və fevralın 20-si sübh saat 04:00 radələrinə qədər davam edən qarşıdurmada, polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Lakin vəziyyətin kəskinləşdiyini görən hökumət qüvvələri etirazçı dərvişlərə odlu silahdan atəş açaraq onlardan bir neçəsini yaralayıblar. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 60-ı həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin vəhşiliyini görən dərvişlərdən biri avtobusla, digəri isə avtomobillə polis qüvvələrinin üstünə sürüb. Nəticədə, 3 polis və 1 “Bəsic” muzdlusu həlak olub, bir neçəsi yaralanıb. Avtobusu və avtomobili idarə edən dərvişlər tutulub.

 

Etirazlar gecə saalarında daha genişlənib. Ətraf məhəllərin əhalisi dərvişlərə dəstək məqsədilə etirazlara qoşularaq İranın dini lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. “Diktatora ölüm”, “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, məmləkətdən əl çək” və "Allahu əkbər" şüarı səsləndirən etirazçılar, rejimin dərvişlərə və dinc əhaliyə qarşı repressiyalarına son qoyulmasını tələb ediblər. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edildikdən sonra etirazlar bu gün sübh saatlarında nisbətən səngiyib. Hazırda Tehranın həmin məntəqəsində vəziyyətin gərgin olduğu bildirilir. Qeyd olunur ki, bu, hökumət qüvvələrinin son həftələrdə Tehranda yaşayan dərvişlərə və onların rəhbərlərinə qarşı üçüncü basqısı sayılır.

 

Xatırladaq ki, 90 yaşlı Nurəli Tabəndə (Məczubəlişah), məşhur şiə-sufi təriqətlərindən olan Nemətullahi sülaləsinin indiki başçısıdır. Son həftələrdə hökumət qüvvələri iki dəfə onu həbs etməyə çalışsalar da, tərəfdarları yaşadığı evin ətrafında toplaşaraq rejimin öz niyyətini yerinə yetirməsinin qarşısını alıblar. Nurəli Tabəndə isə onun tərəfdarı olan dərvişlərə müraciət edərək onları sakitliyə və rejimin əlinə bəhanə verməməyə çağırıb.

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29

gun az article

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

2023-03-29

gun az article

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

2023-03-29

gun az article

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi regionlarda tədbirlər keçirib

2023-03-28

gun az article

Ukraynada İranın daha 12 PUA-sı vuruldu

2023-03-29