SON XƏBƏRLƏR

Tehranda həbs edilən yüzlərlə dərvişin məhkəməsi başlanılıb

2021.10.20, 07:36
Tehranda həbs edilən yüzlərlə dərvişin məhkəməsi başlanılıb

Gunaz.tv

GünAzTV: İki ay yarım əvvəl İranda həbs edilən yüzlərlə dərvişin məhkəməsinə başlanılıb. Bu barədə Tehran inqilab məhkəmələrinin sədri axund Musa Qəzənfərabadi mayın 14-də jurnalistlərə açıqlamasında xəbər verib.

 

Axund bildirib ki, ilkin mərhələdə Tehran inqilab məhkəməsində ən azı 70 dərvişin mühakiməsinə başlanılıb: “Həbs edilən Qonabad dərvişlərindən 70-dən çoxunun işi (dosyesi) inqilab məhkəməsinə gəlib və onlara baxacaq şöbələr də artıq müəyyənləşdirilib. Lazım olsa, bu şöbələrin sayı gələcəkdə artırıla da bilər. Lakin hazırda yalnız iki şöbə bu iş üçün ayrılıb. Mühakiməsi keçirilən dərvişlər arasında qadınlar da var”.

 

Həbs edilən dərvişlərin, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz toplantılara qatılmaqda, polisin əmrinə tabe olmamaqda və ictimai asayişi pozmaqda günahlandırıldığı bildirilir.

 

               Tehran inqilab məhkəmələrinin sədri axund Musa Qəzənfərabadi

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar