Tehranda kəskin bahalaşma səbəbindən mənzillər müştərisiz qalıb

31.08.2019, 12:15

GünAz TV: İran Mərkəzi Bankı Tehranda mənzillərin kəskin bahalaşması səbəbindən müştərisiz qaldığı barədə məlumat yayıb.

 

Məlumata əsasən, mordad (23-iyul- 23 avqust) ayı ərzində şəhərdə satılmış yaşayış evlərinin sayı ümumilikdə 3300 olub, bu isə ötən ilin oxşar dövrü ilə nisbətdə 73% azalma təşkil edir.

 

Qeyd edilən ayda daşınmaz əmlak agentlikləri tərəfindən satılmış mənzillərin 1m²-nin qiyməti orta hesabla 130 milyon riyaldan bir az artıq olub. Bu isə keçən ilin bu dövrü ilə müqayisədə 76% bahalaşmanın olduğunu göstərir.

 

Bankın hesabatında digər şəhərlərdəki vəziyyətlə bağlı məlumat verilməyib. Lakin İran Mərkəzi Statistika Komitəsinin son yaydığı hesabatda ölkənin hər yerindən mordad ayı ərzində keçən ilə nisbətən ev kirayəsi və satışı sahəsində 23% artımın müşahidə olunduğu qeyd edilir. Komitənin məlumatına görə, cari ilin mordad ayına qədər olan 12 aylıq dövrdə ötən ilin oxşar dövrünə nisbətən bu sahədə mövcud inflyasiyanın həddi təqribən 33% olub.

 

Mərkəzi Bank bu zaman diliminə olan detalları açıqlamasa da, son 5 ay ərzində ev qiymətlərində ötən ilin analoji dövrü ilə müqayisədə 96% artım müşahidə olunduğunu bildirib.

 

Bankın hesabatına əsasən, son 5 ay ərzində Tehranda satılmış evlərin ümumi həcmi təqribən 30 min olub, bu isə keçən ilin eyni dövrünə nisbətən 54% azalmadan xəbər verir.

 

5 ay ərzindən daşınmaz əmlak agentliklərinin satdığı mənzillərin 1m²-nin qiyməti orta hesabla 127 milyon riyal təşkil edib. Ötən ilin oxşar dövründə isə bu qiymət iki dəfə ucuz olub.

 

Bank mordad ayı ərzində Tehranda ev kirayələrinin qiymətlərində də ötən ilin eyni ayına nisbətən təqribən 26-28% artım müşahidə olunduğunu deyir.

 

Qeyd etmək lazımdır ki, İranın dövlət qurumları əhali arasında narazılıqların artmaması üçün bahalaşmanın həddini olduğundan dəfələrlə aşağı göstərir. Mütəxəssislər və müstəqil tədqiqat mərkəzləri əslində Tehran və ona yaxın şəhər və qəsəbələrdə sözügedən sahədə qiymətlərin son 1 il ərzində 5 dəfədən çox artdığını deyirlər.

 

İran Milli Məclisinin deputatı Məcid Kiyanpur iyunun 30-da yerli media orqanlarına verdiyi müsahibədə ölkə əhalisinin 25%-dən çoxunun kirayə yaşadığını və qiymət artımları səbəbindən insanlar, xüsusən də cavan cütlüklər üçün ev almağın əlçatmaz arzuya çevrildiyini demişdi.

 

Eyni zamanda, bir müddət əvvəl Milli Məclisin Tikinti Komisssiyasının idarə heyətinin üzvü Əhsən Ələvi isə ölkədə 2.5 milyon satılmamış evin mövcud olduğunu bildirmişdi.

 

Xatırladaq ki, İranda son 1 il ərzində əksər sahələrdə qiymətlər 300%-ə qədər artıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24