SON XƏBƏRLƏR

Tehranda koronavirusun yayılmadığı bölgə qalmayıb

2021.10.20, 07:36
Tehranda koronavirusun yayılmadığı bölgə qalmayıb

Gunaz.tv

GünAz TV: İranda koronavirus paytaxt Tehranın bütün bölgələrini cənginə alıb.

 

Bu barədə məlumat yayan Tehranın Koronavirusla Mübarizə üzrə Əməliyyat Qərargahının komandanı Əlirza Zali bildirib ki, bunun səbəbi paytaxt sakinlərinin gigiyenik tövsiyələrə əməl etməməsidir.

 

Rəsmi qeyd edib ki, insanlar bütün çağırışlara əməl etsəydilər və evlərində otursaydılar, Tehranda vəziyyət indikindən fərqli olardı.

 

O, həmçinin bildirib ki, bu gün "sizdəh bedər" günü ilə əlaqədar insanlar evdə qalmasalar, mövcdu vəziyyət daha da böhranlı olacaq.

 

Qeyd etmək lazımdır ki, İranda koronavirus infeksiyası ilkin olaraq Qum şəhərində yayılmışdı. Bütün çağırışlara baxmayaraq, dövlətin Qumu karantinə almaqdan imtina etməsi xəstəliyin tezliklə Tehran başda olmaqla, digər bölgələrə ayaq açmasına rəvac vermişdi.

 

Əlirza Zali çıxışı zamanı mövcud vəziyyətin yaranmasının əsas səbəbkarı olan Qum şəhərinin karantinə alınmaması ilə bağlı bir söz deməyib.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar