SON XƏBƏRLƏR

Tehranda qəzəbli xalq Bəsic qüvvələrinə məxsus mərkəzi yandırıb

2021.10.20, 07:36
Tehranda qəzəbli xalq Bəsic qüvvələrinə məxsus mərkəzi yandırıb

Gunaz.tv

GünAz TV: İranın əksər bölgələrində benzinin qiymətinin qalxmasına görə başlamış xalq etirazları tam gücü ilə davam edir.

 

Hökumətin soyğuncu siyasətlərindən qəzəblənmiş insanlar müxtəlif bölgələrdə fəaliyyət göstərən dövlət binaları və banklarına, eləcə də polis bölmələrinə hücum edərək onlara od vurublar.

 

Bir neçə saat öncə isə Tehranda etiraza qalxmış insanlar Bəsic qüvvələrinə məxsus mərkəzlərdən birini yandırıblar. Nəticədə bina yanaraq kül olub.

 

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilmir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar