SON XƏBƏRLƏR

Tehranda Qonabad dərvişləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmada yaranıb - VİDEOLAR

2021.10.20, 07:36
Tehranda Qonabad dərvişləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmada yaranıb - VİDEOLAR

Gunaz.tv

GünAzTV: Fevralın 4-ü sübh saatlarında Tehranın Pasdaran məntəqəsində Qonabad dərvişləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada bir neçə nəfər yaralanıb, hüquq-mühafizə qüvvələrinin ən azı 5 motosikleti ələ keçirilib.

 

Hadisə, hökumət qüvvələrinin və mülki geyimli ETTELAAT əməkdaşlarının fevralın 3-ü axşam saatlarında Qonabad dərvişlərinin 90 yaşlı rəhbəri Nurəli Tabəndənin 7-ci Gülüstan küçəsində yaşadığı evi və ətraf küçələri mühasiyə almasından sonra baş verib. Dini rəhbərlərinin evinin hökumət qüvvələri tərəfindən mühasirə alınması xəbərini eşidən yüzlərlə dərviş, gecə saatlarında hadisə yerinə axışaraq sübhə qədər Nurəli Tabəndəyə dəstək verərək, təhlükəsizlik qüvvələrinin onun evinə yaxınlaşmasına və ya mənzilinə girməsinə mane olublar.

 

Problemin danışıqlar yolu ilə həll olunması üçün sübhə qədər aparılan danışıqlar nəticəsiz qaldıqda, fevralın 4-ü sübh saat 7 radələrində Nurəli Tabəndənin evi qarşısından geri çəkilməkdən imtina edən hökumət qüvvələri ilə dərvişlər arasında qarşıdurma yaranıb. Mülki geyimli təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qalan dərvişlər, “Diktatora ölüm” şüarları səsləndirərək  ETTELAAT əməkdaşlarına müqavimət göstərərək, onları geri çəkilməyə vadar ediblər. Qarşıdurmada onlarla dərviş döyülüb, bir neçə nəfəri yaralanıb. Hadisədə, həmçinin hüquq-mühafizə qüvvələrinin ən azı 5 motosikleti dərvişlər tərəfindən ələ keçirilərək yandırılıb.

 

 

Hazırda Tehranın həmin məntəqəsində vəziyyətin gərgin olduğu bildirilir.

 

Məşhur şiə-sufi təriqətlərindən olan Nemətullahi sülaləsinin hazırkı başçısı Nurəli Tabəndə (Məczub Əlişah) tərəfdarına və dərvişlərə müraciət edərək onları sakitliyə və rejimin əlinə bəhanə verməməyə dəvət edib.

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar