SON XƏBƏRLƏR

Tehranda saxlanılan azərbaycanlı fəallarla bağlı heç bir xəbər yoxdur!

2021.10.20, 07:36
Tehranda saxlanılan azərbaycanlı fəallarla bağlı heç bir xəbər yoxdur!

Gunaz.tv

GünAz TV: Fevralın 21-də Tehranda saxlanılan azərbaycanlı fəal Tohid Əmir Əmini və Kiyanuş Aslani hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır, onların vəziyyəti barədə heç bir məlumatın olmaması ailələrinin nigaranlığına səbəb olub.

 

Fəallar Beynəlxalq Ana Dili Günündə mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Kiyanuş Aslani saxlandığından bir gün sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanının 209-cu korpusuna intiqal edildiklərini bildirib.

 

Fəalların ailəsi bu müddətdə onların saxlanma səbəbi və vəziyyətini öyrənmək üçün dəfələrlə səlahiyyətli orqanlara müraciət edib, lakin onlara heç bir cavab verilməyib. Tohid Əmir Əmini və Kiyanuş Aslaninin 25 gündür qeyri-müəyyən vəziyyətdə saxlanmasə xüsusi nigaranlıq doğurur.

 

Hələlik fəalların hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur. Lakin onların Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda çap edilib və yayılan təbrik posterləri ilə əlaqədar saxlandığı ehtimal edilir.

 

Kiyanuş Aslani Tehranın İşlamşəhr Azad Universitetində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. Tohid Əmir Əmini isə Tehranda işlədiyi üçün bu şəhərdə yaşayır.

 

Bundan əvvəl Tohid Əmir Əmini Savalan mərasimi, Babək qalası mərasimi və məlum təhqiramiz “Fitilə” verilişinə etiraz olaraq keçirilən aksiyada, Kiyanuş Aslani isə Savalan mərasimində saxlanılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar