SON XƏBƏRLƏR

Tehranda tanınmış hüquqşünas, iqtisadçı və ətraf mühit fəalı Fərşid Həki qətlə yetirilib

2021.10.20, 07:36
Tehranda tanınmış hüquqşünas, iqtisadçı və ətraf mühit fəalı Fərşid Həki qətlə yetirilib

Gunaz.tv

 GünAzTV: İranda tanınmış hüquqşünas, iqtisadçı və ətraf mühit fəalı Fərşid Həki faciəli şəkildə qətlə yetirilib. Hadisə ötən bazar günü Tehranda baş verib.

 

İranda ətraf mühit fəallarının yaydığı xəbərə əsasən, Fərşid Həki oktyabrın 21-də yaşadığı evi yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. Hücumçular onu bir neçə dəfə bıçaqladıqdan sonra küçədə düşüb qalmış meyitinə od vurduqdan sonra hadisə yerindən qaçıblar. Hadisənin səbəbi və hücumçuların kimliyi hələlik bilinmir.

 

 

Qeyd edək ki, son aylar, İran rejiminin ətaf mühitin qorunması ilə bağlı laqeyd siyasətini öz yazılarında tənqid edən onlarla ətraf mühit fəalı həbs edilərək Tehranın Evin zindanına salınıb. Həbs edilənlərdən biri isə, 64 yaşlı Kavus İmami, bu ilin fevral ayında saxlandığı Evin zindanında müəmmalı şəkildə qətlə yetirilib. İran rejimi, onun həbsxana şəraitinə dözməyərək intihar etdiyini iddia edir.

 

 Tehranın Evin zindanında müəmmalı şəkildə qətlə yetirilən Dr. Kavus İmami

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar