SON XƏBƏRLƏR

Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO

2021.10.20, 07:36
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO

Gunaz.tv

GünAz TV: İranda əhalinin benzinin qiymətinin artırılmasına qarşı keçirdiyi etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri onlara qarşı odlu silahdan atəş açıb.

 

Ötən gün İranın polis qüvvələri Tehranın Vəfadari küçəsində etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməklə, atəş açıb və nəticədə bir neçə nəfər ölüb.

 

 

İranda internetin kəsilməsi səbəbindən hələ ki, ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.

 

Xatırladaq ki, “dini lider” Əli Xamneyi dünən etdiyi çıxışda benzinin qiymətinin artırılmasına dəstək görtərmiş, etirazçıları “təxribatçı” adlandırmış və təhlükəsizlik qüvvələrini “lazım olan tədbirləri görməyə” çağırmışdı.

 

Hökumətin insanların fikirlərini nəzərə almaması və geri addım atmamasını diqqətə aldıqda, etirazların uzun müddət davam edəcəyi nəzərə çarpır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar