SON XƏBƏRLƏR

Tehranda tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 28 nəfər yaralanıb - FOTOLAR

2021.10.20, 07:36
Tehranda tələbələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 28 nəfər yaralanıb - FOTOLAR

Gunaz.tv

GünAzTV: Dekabrın 25-də İranın paytaxtı Tehranda, Azad Elmi-Tədqiqat Universitetinin tələbələrini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, ən azı 28 nəfər yaralanıb.

 

Hadisə, yerli vaxtla günorta saat 12:20 radələrində paytaxtın şimal-qərbində yerləşən dağlıq bir ərazidə baş verib. Yüksək sürətlə hərəkət edən avtobus yolkənarı betonlara çırpılaraq dərəyə yuvarlanıb. Nəticədə, 9 tələbə yerindəcə həlak olub, 28-i ağır yaralanıb. Ölənlər arasında avtobusun sürücüsü də var. Yaralılar Tehran xəstəxanalarına yerləşdiriliblər. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.

 

İran mediasında qəzanın səbəbləri barədə ziddiyyətli xəbərlər yayırlır. Yayılan bəzi xəbərlərdə, qəzanın avtobus sürücüsünün sükan arxasında olarkən infarkt keçirməsi nəticəsində baş verdiyi bildirilsə də, digər xəbərlərdə hadisənin avtobusun tormozunun qırılması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar