Tehranda yaşayış xərcləri 5 il ərzində 2 dəfə bahalaşıb

05.09.2019, 12:26

GünAz TV: İranın Mərkəzi Statistika Komitəsinin şəhərdə yaşayan ailələrin gəlirləri və xərcləri barəsində yaydığı yeni hesabat göstərir ki, Tehranda illik yaşayış xərclərinin ortalaması 1397-ci ildə (21 mart 2018-21 mart 2019-red.) təqribən 58 milyon tüməndən yuxarı olub.

 

Bu göstərici 5 il əvvəllə müqayisədə 2 dəfədən çox artım deməkdir. Belə ki, 5 il əvvəl (1392-ci il) illik yaşayış xərclərinin ortalaması təqribən 28 milyon tümən təşkil edirdi.

 

Tehran digər vilayətlərə nisbətən gəlirlərin, eləcə də yaşayış xərclərinin ən yüksək olduğu vilayətdir. Kirman isə illik yaşayış xərcləri 24 milyon tümən civarında olmaqla, bütün bölgələr içərisində bu istiqamətdə ən aşağı göstəriciyə sahib vilayətdir.

 

Digər tərəfdən, statistikada qeyd edilir ki, Qərbi Azərbaycan əyalətində ailələrin illik gəlir həddi təqribən 26 milyon təşkil edir. Bu isə bütün bölgələrlə müqayisədə ən aşağı göstəricidir.

 

Komitə həmçinin bildirir ki, şəhərlərdə yaşayan ailələrin 1397-ci ildə xalis xərcləri 39 milyon tüməndən çox, gəlirləri isə təqribən 43 milyon tümən civarında olub.

 

Statistika göstərir ki, son 5 il ərzində ailələrin xərcləri artmaqda, qarşılığında isə gəlirləri azalmaqdadır.

 

Mənzil və kirayə xərcləri, eləcə də ərzaq məhsulları şəhərdə yaşayan ailələrin xərclərinin böyük hissəsini təşkil edir. Son aylar ərzində ev və kirayə qiymətlərinin həddən artıq yüksəlməsi, eləcə də ərzaq məhsullarının qiymətlərinin 2 dəfədən çox bahalaşması, qarşılığında isə əmək haqlarının sabit qalması və ya bəzi hallarda aşağı endirilməsi ailələrin xərclərini artıran əsas amillərdəndir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24