SON XƏBƏRLƏR

TEHRANdan yeni təhdid: aksiyaya çıxanlar ayaq altında əziləcəklər

2021.10.20, 07:36
TEHRANdan yeni təhdid: aksiyaya çıxanlar ayaq altında əziləcəklər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehran vilayətinin qubernatoru Murtuza Təməddün tələbələrin hakimiyyətə qarşı üsyanlarının 10-cu ildönümü günü aksiyaya çıxacaq şəxslərin ayaq altda qalıb əziləcəyini bəyan edib. 10 il əvvəl Tehran Universiteti tələbələrinin keçirdiyi dinc aksiyanı mülki geyimli hökumət qüvvələri iyulun 9-da gecə vaxtı amansızlıqla dağıdıb. Odlu və soyuq silahlarla hücuma keçən qüvvələr bir neçə tələbəni qətlə yetirib, onlarla tələbəni isə həbs ediblər. Bundan sonra İranda tələbələrin hakimiyyətə qarşı kütləvi üsyanı başlayıb. Etirazlar bir həftədən çox çəkib və ölkənin bütün iri şəhərlərini əhatə edib. İranda müxtəlif tələbə təşkilatları bu hadisələrin 10-cu ildönümünü aksiyalarla qeyd etməyi planlaşdırıb. Bir neçə gün əvvəl həmin təşkilatlar və bəzi ictimai-siyasi qurumlar vətəndaşları iyulun 9-da küçələrə çıxmağa çağırıb. Tehran qubernatoru M.Təməddün aksiya keçirmək üçün heç bir təşkilata icazə vermədiklərini bildirib: “9 iyul toplantısı üçün nə kimsə bizə müraciət edərək icazə istəyib, nə də biz kiməsə icazə vermişik”. M.Təməddün keçiriləcək hər hansı aksiyanın qanunsuz olduğunu vurğulayıb: “Hansısa qrup bəzi əksinqilabçıların xaricdən yaydığı şəbəkələrin təhriki və çağırışı ilə küçələrə çıxıb asayişi pozmağa və milli təhlükəsizliyə qarşı çıxmağa cəhd göstərsə, ayıq xalqımızın ayaqları altında əziləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar