SON XƏBƏRLƏR

Tehranın beynəlxalq “İmam” hava limanında uçuşların təxirə salınmasına etiraz bildirən xarici qadın sərnişinlər baş örtüklərini açıblar- VİDEO

2021.10.20, 07:36
Tehranın beynəlxalq “İmam” hava limanında uçuşların təxirə salınmasına etiraz bildirən xarici qadın sərnişinlər baş örtüklərini açıblar- VİDEO

Gunaz.tv

GünAzTV: Yanvarın 29-da Tehranın beynəlxalq “İmam Xomeyni” hava limanında qar yağması ilə əlaqədar uçuşların təxirə salınmasından narazı olan xarici qadın sərnişinlər, hava limanı rəhbərliyinin səriştəsizliyinə etiraz əlaməti olaraq baş örtüklərini açıblar.

 

Paytaxt Tehranda qarın yağması nəticəsində uçuşların bir neçə dəfə təxirə salınmasından və hava limanı rəhbərliyinin məsuliyyətsizliyindən narazı olan xarici qadın sərnişinlər, baş örtüklərini açaraq hava limanındakı nizam-intizamsızlığa qarşı şüarlar səsləndiriblər.

 

Hava limanı mühafizə xidmətinin baş örtüyünü açan xarici qadınlara qarşı reaksiyası barədə hər hansı bir məlumat yayılmayıb.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar