SON XƏBƏRLƏR

Tehranın Evin zindanının qarşısında məhbus ailələrinin kütləvi həbslərə etirazı davam edir- VİDEOLAR

2021.10.20, 07:36
Tehranın Evin zindanının qarşısında məhbus ailələrinin kütləvi həbslərə etirazı davam edir- VİDEOLAR

Gunaz.tv

GünAzTV: Tehranın Evin zindanının qarşısında son aksiyalarda tutulanların valideynlərinin kütləvi həbslərə qarşı bir neçə gün əvvəldən başlatdığı etirazı davam edir.

 

Yanvarın 8-i və 9-da məhbus ailələri zindan qarşısında toplaşaraq dinc etirazlarda tutulan övladlarının qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Yayılan məlumatlara əsasən, bir neçə gün əvvəldən başlanan etiraz aksiyası bütün sutka ərzində davam edir və hətta bəzi valideynlər həbsxana qarşısında çadır quraraq övladlarının qanunsuz həbsinə etiraz bildirirlər.

 

“Siyasi məhbuslara azadlıq”, “Günahsız tələbələrə azadlıq”, Qonabad dərvişlərinə və tələbələrə azadlıq”, Allah-u Əkbər”, “Biz hamımız zindana düşməyə hazırıq” və digər şüarlar səsləndirən aksiyaçılar, rejimin kütləvi həbslərə son qoyulmasını və tutulanların dərhal azadlığa buraxılmasını tələb edirlər.

 

Zindan mühafizəçiləri və ətraf yerlərdən gətirilmiş silahlı və dəyənəkli hökumət qüvvələri bir neçə dəfə aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etsələr də, valideynlər, onlara edilən bütün təzyiq və təhdidlərə baxmayaraq, övladları azadlığa buraxılmayana qədər sivil etirazlarını davam etdirəcəklərini bildiriblər.

 

Yayılan son məlumatlara əsasən, hazırda Evin zindanının qarşısında və ətraf məhəllələrdə vəziyyət gərgindir və vətəndaşların dinc etirazlarını yatırtmaq üçün hadisə yerinə əlavə qüvvələr göndərilir.

 

 

Ötən iki həftədə, İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib.

 

Son bir həftə ərzində isə, tutulanlardan 5-i zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

 

Xatırladaq ki, İranda molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün hakimiyyətin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

VİDEOLAR:

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar