SON XƏBƏRLƏR

Tehranın Həsənabad meydanının tarixi hissəsində güclü yanğın baş verib- FOTO- Video

2021.10.20, 07:36
Tehranın Həsənabad meydanının tarixi hissəsində güclü yanğın baş verib- FOTO- Video

Gunaz.tv

GünAz TV: Tehranın Həsənabad meydanında yerləşən binalardan birində güclü yanğın baş verib.

 

Yerli media orqanlarının məlumatına əsasən, yanğın dünən axşam saat 9-da, meydanın tarixi şimal-qərb hissəsində yerləşən binanın 2-ci mərtəbəsindəki anbardan başlayıb.

 

Sürətlə yayılan alov nəticəsində binanın 8 günbəzindən 2-si dağılıb. Eləcə də binanın içərisi tamamən kül olub. Hadisə nəticəsində binanın çöl hissəsinə də zərər dəydiyi bildirilir.

 

Güclü alov nəticəsində hələlik ölən və ya yaralananlar barədə məlumat verilmir.

 

Binada iki bank filialı da yerləşir. Onlara hər hansı zərərin dəyib-dəymədiyi barədə məlumat yoxdur.

 

Qeyd etmək lazımdır ki, Həsənabad meydanı Tehranın tarixi hissəsində yerləşir. Bu meydan və onun ətrafında yerləşən günbəzli binalar 1923-cü ildə türk mənşəli Qacarlar dövləti tərəfindən tikilib, 1988-ci ildə isə İranın yerli əhəmiyyətli tarixi abidəsi kimi qeydiyyata alınıb. Meydanın tikilməsindən öncə bu bölgədə Qacarlar dövlətinin baş naziri olmuş Mirzə Yusif xan Aştiyaniyə məxsus bağ var idi. Tehranın genişləndirilməsindən sonra o, buranı oğlu Həsənin şərəfinə Həsənabad adlandırmışdı. 

 

 

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar