SON XƏBƏRLƏR

Tehranın keçmiş meri ikinci həyat yoldaşını qətlə yetirib

2021.10.20, 07:36
Tehranın keçmiş meri ikinci həyat yoldaşını qətlə yetirib

Gunaz.tv

GünazTV: Tehranın keçmiş meri Məhəmmədəli Nəcəfi ikinci həyat yoldaşı Mitra Ostadı qətlə yetirib.

 

Bu barədə Tehran prokurorluğunun rəsmisi Məhəmməd Şəhriyari mayın 28-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

O bildirib ki, mayın 28-i sübh saatlarında Mitra Ostadın Tehranın Səadətabad məntəqəsində yerləşən mənzilində meyiti tapıldıqdan bir neçə saat sonra keçmiş mer polis idarəsinə gedərək özünü təslim edib: “Mitra Ostad sinəsindən və qolundan iki güllə yarası alaraq yerindəcə keçinib. Özünü təslim edən keçmiş mer isə polisə ifadəsində ikinci həyat yoldaşını qətlə yetirdiyini etiraf edib.

 

Polisə ifadəsində Məhəmmədəli Nəcəfi deyib ki, onun ikinci həyat yoldaşı ailədaxili ixtilaflara görə tez-tez onu təhdid edirmiş: “Mitra, tez-tez məni təhdid edir, deyirdi ki, mənim şəxsi sirlərimi mediaya ifşa edərək həyatımı məhv edəcək. O, mənim şəxsi həyatımı pozmaq üçün gəlmişdi” –deyə keçmiş mer əlavə edib.

 

Bildirilir ki, iki il əvvəl Məhəmmədəli Nəcəfi birinci arvadı ilə rəsmi nikahda olduğu bir vaxtda, onun Mitra Ostadı siğə etməsi və onların sevgi macəraları barədə mediada məlumatlar yayıldıqdan sonra, onlar bir-biri ilə rəsmən evlənməyə qərar vermişdilər.

 

Keçmiş mer ikinci arvadı Mitra Ostadla birlikdə

 

Qətl hadisəsinin detalları hələlik açıqlanmayıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar