SON XƏBƏRLƏR

Tehranın kitab mağazaları “İşıq” nəşriyyəsini satmaqdan imtina edir

2021.10.20, 07:36
Tehranın kitab mağazaları “İşıq” nəşriyyəsini satmaqdan imtina edir

Gunaz.tv

GünAz TV: Tehranın əksər kitab mağazaları “İşıq” türkcə ikiaylıq nəşriyyəsini satmaqdan imtina edir.

 

Bu barədə “İşıq” ictimai-mədəni nəşriyyəsinin müdir-məsulu Rövşən Novruzi dekabrın 20-də Twitter səhifəsində iki post paylaşıb.

 

Onun açıqlamasına görə, Tehranda hətta müstəqil fəaliyyət göstərdiyi deyilən kitab mağazaları, o cümlədən “Nəşr Çeşmə” mağazası da “İşıq” dərgisini rəflərində görmək istəmir. “İran Müxbirlərinin Klubnu” da “İşıq”ın nəşr olunduğu ilə bağlı xəbəri Teleqram kanalında yaymaqdan imtina edir.

 

Azərbaycan türkcəsi və fars dilində nəşr olunan “İşıq”  nəşriyyəsinin İrşad və Mədəmniyyət Nazirliyindən lisenziyasl var. Nəşriyyə Güney Azərbaycan əyalətləri və İran coğrafiyasına aid digər türk bölgələrindəki hadisələrdən yazır.

 

Bu günədək “İşıq”ın 2 sayı nəşr olunub. Həmin sayıları oxumaq üçün bu LİNK-ə müraciət edə bilərsiniz.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar