SON XƏBƏRLƏR

Tehranın nəqliyyat sistemi işçiləri arasında koronavirusdan ölənlərin sayı azı 22 nəfərdir

2021.10.20, 07:36
Tehranın nəqliyyat sistemi işçiləri arasında koronavirusdan ölənlərin sayı azı 22 nəfərdir

Gunaz.tv

GünAz TV: İranda koronavirus pandemiyası yayılandan bu günə qədər Tehranın nəqliyyat sistemində çalışanlar arasında da ölüm halları qeydə alınıb.

 

Bu barədə məlumat yayan Tehran Şəhər Şurasının Sərnişin Daşıma Komissiyasının sədri Məhəmməd Əlixani bildirib ki, paytaxtın taksi və avtubus sürücüləri arasında qeydə alınmış ölüm halları azı 22 nəfərdir. Eləcə də, koronavirusa 327 taksi sürücüsü yoluxub.

 

Lakin o, virusa yoluxmuş avtobus sürücülərin dəqiq sayını açıqlamayıb.

 

Rəsmi sonda metropoliten əməkdaşları arasında da 40-50 nəfərin sözügedən xəstəliyə tutulduğunu deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar