Tehranla Pekin arasında məxfi sənədin imzalanmasına etiraz edən iranlı kinematoqrafçılar təhdid edilib

2021-04-08 15:14

Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nə qarşı etiraz əlaməti olaraq birgə bəyanatı yayan və onu imzalayan 18 iranlı kinematoqrafçı təhdid edilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, bəyanatı imzalayanlardan biri olan kinematoqrafçı Məhəmməd Rəsulof aprelin 7-də şəxsi “Twitter” hesabında etdiyi paylaşımda məlumat yayıb.


O bildirib ki, “Sepah”a bağlı “mashreghnews.ir” saytının müxbiri bəyanatı imzalayan kinematoqrafçıların əksəriyyəti ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayaraq, onlardan öz imzalarını geri götürmələrini tələb edib.


“Bəyanatı imzalayan kinematoqrafçılar təhdid edilərək onlara bildirilib ki, əgər etdikləri bu əmələ görə tövbə etməsələr və yaydıqları bəyanatdan imzalarını geri götürməsələr, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tərəfindən onların kino sahəsindəki bütün fəaliyyətlərinə qadağa qoyulacaq, özləri isə qısa zaman içində əbs olunacaqlar”, -deyə iranlı kinematoqrafçı Məhəmməd Rəsulof şəxsi “Twitter” hesabındakı paylaşımında bildirib.


Xatırladaq ki, İranda 18 kinemotoqrafçı aprelin 3-də birgə bəyanat yayaraq, Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin ölkənin milli mənafeyinə zidd olduğunu bildiriblər.

محتوای سند جامع همکاری ایران و چین منتشر شد + جزئیات

Bəyanatda bildirilir ki, İran İslam Respublikanın müxtəlif sahələrdə yürütdüyü qeyri-şəffaf siyasəti və taleyüklü məsələlərdə alınan qərarların ölkə əhalisindən gizlin saxlanılması qəbuledilməzdir.


“İranla Çin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin məzmunu xalqdan gizlin saxlanılır. Hesab edirik ki, bu sənəd qeyri-legitim olmaqla yanaşı, həm də ölkənin və xalqın milli mənafeyinə ziddir”, -deyə 18 iranlı kinematoqrafçının yaydığı birgə bəyanatında bildirilir. 


Bəyanatı, kinemoqrafçılar Cəfər Pənahi, Məhəmməd Rəsulof, Kyumərs Purəhməd, Əli Mosəffa, Mustafa Al Əhməd, Səid İbrahimifər, Möhsün Ustad Əli, Məcid Bərzigər, Əzizullah Həmid Nejad, Əlirza Rəisiyan, Məhəmmədəli Səccadi, Məhvəş Şeyxulislami, Məhəmməd Şirvani, Nasir Səffariyan, Əbdülrza Kahani, Xüsrov Məsumi, Fərhad Mehranfər və Müctəba Mir Təhmasib imzalayıb. 


Qeyd edək ki, martın 27-də paytaxt Tehranda İranla Çin arasında müxtəlif sahələri əhatə edən 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.


Sənədi Çin xarici işlər naziri Vang Yi və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən imzalanıb.


İranın “dini lider”i Əli Xamneyinin razılığı və birbaşa göstərişi ilə imzalanan sənədin mətni və məzmunu xalqdan gizlin saxlanılsa da, Tehran rejiminin müxtəlif sahələrdə Pekinə birtərəfli olaraq çoxlu imtiyazlar verdiyi barədə xəbərlər yayılır. 

سفر «وانگ یی» به تهران/ سند همکاری جامع ۲۵ ساله ایران و چین به امضا می‌رسد  | خبرگزاری بین المللی شفقنا

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24