Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17 16:56

Qərbi Azərbaycan əyalətinin Tikantəpə(Təkab) şəhərinin yerli olmayan bələdiyyə başçısı Naseh Məhəmmədxaninin şikayəti əsasında məhkəməyə çağırılan 9 tikantəpəli soydaşımız cəriməyə məhkum edilib.

Gunaz.tv Quote | Gunaz article

Onlar şəhərdə “Pejak” terror qruplaşmasının simvolunu heykəl üzərində quraşdırıb və qaldıranlara etiraz etdikləri üçün bələdiyyə başçısının qəzəbinə tuş gələrək məhkəməyə verilmişdilər.

 

Məlumata görə, Saib Nəhavəndi Tikantəpə, Abdulla Əflaki, Vəhid Sədri, Nəvvab Cahani, Əli Hidayəti, Hadi Şəhbazi, Yavərəli Qəmərniya, Ramin Rzayi və Məcid Zahidpur Tikantəpə Cəza Məhkəməsinin 102-ci şöbəsi tərəfindən 100 min tümən cəriməyə məhkum ediliblər.

 

Məhkəmə adıçəkilən soydaşlarımıza ictimai nizam-intizamı pozmaq ittihamından bəraət verərək, onları bələdiyyə başçısını təhqir etməkdə təqsirli bilib.

 

Azərbaycanlı gənclər 2019-cu il oktyabrın 13-də “Pejak” və “İran Kürdistanı Demokratik Partiyası” terrorçu qruplaşmalarını simvollaşdıran heykəlin Tikantəpənin Şərifabad məhəlləsində qaldırılmasına etiraz bildirmişdilər. Bələdiyyə İdarəsinin həyətində keçirilən dinc yığıncaq Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikaili və kürddilli bələdiyyə başçısı Naseh Məhəmmədxaninin tərəfdarlarının hücumuna məruz qalıb, tərəflər arasında qarşıdurma yaşanmışdı.

 

Bu etirazdan bir neçə saat sonra heykəl üzərindən terrorçu qruplaşmaların simvolu sökülmüşdü.

 

Qərbi Azərbaycan əyalətində uzun illərdir ki, kürdləşdirmə prosesi həyata keçirilir. İran rejimi bölgənin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə müxtəlif yollarla radikal kürdlərə dəstək verir. Bu məsələ hər zaman güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18