Təkəmçilər heykəli dəfələrlə dağıdıldıqdan sonra Vəliəsr küçəsindən götürülüb- FOTO

2020-11-20 12:06

Təkəmçilər heykəli ardıcıl olaraq dəfələrlə Azərbaycan düşmənləri tərəfindən dağıdıldıqdan sonra Təbriz bələdiyyəsinin rəsmiləri onu Vəliəsr küçəsindən götürüblər.

Gunaz.tv Quote | Gunaz article

Dünən yenidən naməlum şəxslər sözügedən heykələ hücum edərək onu dağıdıblar. Bəzi güney azərbaycanlılar bildirirlər ki, bu vandallığı edən paniranistlərdir. Bir qrup isə abidəni kürd terror təşkilatlarının tərəfdarlarının dağıtdığını deyirlər.


Heykəlin ətrafındakı mağazalarda bir neçə təhlükəsizlik kamerası olduğu üçün İranın təhlükəsizlik orqanları heykələ hücum edənləri asanlıqla tapa bilər. Amma onlar bunu etmir və açıq- aşkar Azərbaycan düşmənlərini himayə edirlər. 


Güney azərbaycanlılar sosial şəbəkələrdə yazdıqları reaksiyalarda İran rəsmilərinin Təkəmçilər heykəlinin dəfələrlə dağıdılmasına heç bir reaksiya verməmələrini Azərbaycanın tarixi və mədəniyyətinə əhəmiyyət verməmək kimi dəyərləndiriblər. 


Qeyd etmək lazımdır ki, son illərdə Güney Azərbaycanda min illərlə keçmişi olan “Təkəmçilər” ənənəsi yenidən canlanmağa başlayıb. Təkəmçi Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və ağacdan hazırlanmış təkəni dolandırmaq ilə xəbər verən ənənəvi müjdəçidir.


Digər tərəfdən, cari ilin iyun ayının sonlarında dahi Azərbaycan şairi Molla Məhəmməd Füzulinin heykəli Təbrizin Mənzəriyyə küçəsindən yoxa çıxıb və indiyədək heç kim bununla bağlı açıqlama verməyib. 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02

gun az article

Azərbaycanlı alim ölüm cəzasının icrası üçün "Rəcai Şəhr" həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Abbas Lisani və Yusif Kari Ərdəbil həbsxanası tibb mərkəzingeri qaytarılıblar

2020-12-02

gun az article

GünazTV Dec.01.2020-Özümüz: İkinci Dünya Savaşında İran

2020-12-02

gun az article

GünazTV Dec.01.2020 -GÜNDƏM MASASI: İranda milli ayrıseçkilik siyasətinin acı nəticələri

2020-12-02

gun az article

GünazTV Dec.01.2020 : “Laçın erməni işğalından azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi”

2020-12-01

gun az article

Urmiyədə yaşayan türk siyasi məhbus Hamid Qaraoğlani edam cəzasına məhkum edildi!

2020-12-01

gun az article

İki aydır tutulmuş milli fəallar Səid Sultani və Babək Kiyumərsidən xəbər yoxdur

2020-12-01

gun az article

Son 20 gündə ən azı 44 milli-mədəni fəal məhkəməyə çağrılıb, həbs edilib

2020-12-01

gun az article

Qərbi Azərbaycan əyalətinin sərhədləri heyvan qaçaqmalçıları üçün dəhlizə çevrilib

2020-12-01

gun az article

Abbas Lisaninin saxlanıldığı Ərdəbil həbsxanasının 7-ci bölməsində koronovus

2020-12-01

gun az article

GünazTV Nov.30.2020: PARLAQ GƏLƏCƏK: İran Rejiminin Abartdığı Təhlükəsizliyinin Çöküşü

2020-12-01

gun az article

GünazTV Nov.30.2020 : “İşğaçı Ermənistan sabah Laçını Azərbaycana təhvil verəcək”

2020-11-30