SON XƏBƏRLƏR

Təkrar Nalbandyanın anasıdır . Ermənistanın yeni XİN rəhbəri vəzifəyə gələndən eyni bəyanatları verir

2021.10.20, 07:36
Təkrar Nalbandyanın anasıdır . Ermənistanın yeni XİN rəhbəri vəzifəyə gələndən eyni bəyanatları verir

Gunaz.tv
Təkrar Nalbandyanın anasıdır Ermənistanın yeni XİN rəhbəri vəzifəyə gələndən eyni bəyanatları verir Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları ATƏT-in Minsk qrupunun Madriddə verdiyi təkliflər əsasında davam etdirməyə hazırdır. Bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. Ermənistanın xarici işlər naziri bildirib ki, Madrid təklifləri həmsədrlərin uzun müddətli səylərinin nəticəsidir. "Madrid sənədində həm həmsədrlərin, həm də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin təklif etdiyi, təqdim etdikləri təkliflər var. Və biz bu təkliflər əsasında danışıqları davam etdirməyə hazırıq". Nalbandyan qeyd edib ki, hazırda nə tərəflər, nə də həmsədrlər yeni təkliflərin verilməsi üzərində işləyir. "Ona görə də Yerevan artıq mövcud təkliflər üzərində işləməyə hazırdır. Azərbaycan da buna hazır olmalıdır" - deyə Nalbandyan bildirib. Nazir keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə də toxunub. Onun sözlərinə görə, erməni tərəfi prezidentlərin görüşündən müsbət nəticələr gözləyir. "RİA Novosti"nin MDB və Baltika ölkələri üzrə əsas direksiyasının direktoru Alan Kasayev isə bu qənaətdədir ki, prezidentlərin görüşü hər şeydən əvvəl tanışlıq xarakteri daşıyacaq. O, "Panarmenian" agentliyinə müsahibəsində bildirib ki, iki lider - İlham Əliyev və Sery Sarkisyan hazırkı mövqelərində ilk dəfə görüşürlər. "Hər iki tərəf üçün bu görüş ilk növbədə şəxsən tanış olmaq üçün, bir-birini tanımaq, bir-birinə öz siyasi mövqeyini bildirmək və digərinin mövqeyini öyrənmək üçün vacibdir. İkincisi, onlar görüşdən sonra ictimaiyyətdə öz ölkələrinin artıq məlum mövqelərini təsdiqləməlidirlər və bu, Azərbaycan və Ermənistanda müvafiq olaraq daxili müxalifətin iradlarını rədd etmək üçün yaxşı imkandır. Üçüncüsü, beynəlxalq ictimaiyyət qarşısında prezidentlər danışıqlar prosesinin yenidən başlanmasının tərəfdarları kimi görünəcəklər. Danışıqların son vaxtlar ünvanına sərt tənqidlər səslənən ATƏT-in Minsk qrupu çərçivəsində keçirilməsi bir daha bu qurumun mövcudluğunun vacibliyini təsdiqləyəcək" - deyə rusiyalı ekspert bildirib. Azərbaycanda isə ilk olaraq Edvard Nalbandyanın fikirlərinə münasibət bildirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim onun təkrarçılığa yol verdiyini bəyan edib. O bildirib ki, Nalbandyan dəfələrlə mövcud olmayan Madrid sənədi barədə danışıb. "Halbuki bu cür sənəd yoxdur. Madriddə həmsədrlər tərəfindən verilən təkliflər var. Lakin bu təkliflər veriləndən sonra yeni şərait də yaranıb. BMT Dağlıq Qarbağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edib. Əlbəttə, bu məqam danışıqlar prossesində rol oyanamalıdır" - deyə X.İbrahim bildirib. Azər NURİYEV http://www.kaspi.az/analitika.htm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar