SON XƏBƏRLƏR

Tereza Mey Avropa İttifaqının "Brexit"lə bağlı güzəşt etməsinə nail olub

2021.10.20, 07:36
Tereza Mey Avropa İttifaqının "Brexit"lə bağlı güzəşt etməsinə nail olub

Gunaz.tv

GünAz TV: Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının (Aİ) Şimali İrlandiya ilə ciddi sərhəd olmadan bütün Krallığı Aİ-nin gömrük birliyində saxlamağa imkan verən güzəştinə nail olub.

 

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Sunday Times" qəzeti yazıb.

 

Aİ-nin "Brexit"lə bağlı baş elçisinin köməkçisi Mişel Barnyenin sözlərinə görə, Avropa İttifaqı malların normativ yoxlanışının sərhəddə deyil, fabrik və mağazalarda aparılmasına razılıq verib.

 

Qəzet yazır ki, Meyin planına görə, "Brexit" müqaviləsi avropalı skeptikləri Birləşmiş Krallığın yalnız müvəqqəti olaraq gömrük ittifaqında qalacağına razı salmaq üçün nəzərdə tutulmuş "çıxış bəndi" daxil ediləcək.

 

Nəşr qeyd edir ki, Britaniya hökumətinin rəhbəri Avropa İttifaqı ilə həmçinin gələcək iqtisadi tərəfdaşlıq müqaviləsinə də nail olmaq yolundadır. Nazirlər Kabinetinin baş nazirin planını noyabrın 6-da, çərşənbə axşamı günü müzakirə edəcəyi gözlənilir. Qəzetə görə, Mey danışıqlarda əldə olunan irəliləyişin Aİ-yə noyabr ayında sövdələşmənin yerdə qalan detallarının müzakirə edilməsi üçün xüsusi bir zirvə toplantısı keçirməkdən ötrü kifayət edəcəyinə ümid edir.

 

"Reuters"in məlumatına əsasən, baş nazirin nümayəndəsi "The Sunday Times"in yazdıqlarını "spekulyasiya" adlandırıb və danışıqların davam etdiyini bildirib.

 

Bundan əvvəl Böyük Britaniyanın "Brexit"dən sonra Avropa maliyyə bazarına çıxışını qoruyacağı barədə məlumat yayılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar