SON XƏBƏRLƏR

Tereza Mey: “Biz, İranın Orta Şərqin sabitliyinə yönəlmiş dağıdıcı fəaliyyətindən çox nigaranıq”

2021.10.20, 07:36
Tereza Mey: “Biz, İranın Orta Şərqin sabitliyinə yönəlmiş dağıdıcı fəaliyyətindən çox nigaranıq”

Gunaz.tv

GünAzTV: Fevralın 16-da Berlinə səfər edən Böyük Britaniyanın baş naziri Tereza Mey, jurnalistlərə açıqlamasında Qərblə Tehran arasında imzalanmış nüvə sazişindən və İranın Orta Şərq regionunun sabitliyinə qarşı yönəlmiş təxribatçı siyasətindən danışıb.

 

Almaniyanın kansleri Angela Merkellə görüşüb danışıqlar aparmasından sonra jurnalistlərə açıqlama verən Tereza Mey deyib ki, onun ölkəsi İrana qarşı daha ciddi addımlar atmağa hazırdır: “Biz, Qərblə İran arasında imzalanmış nüvə sazişinin qorunub saxlanılması və onun tam icra olunması mövzusunda müttəfiqlərimizlə eyni fikirdəyik. Lakin buna baxmayaraq, biz, həm də  İranın Orta Şərqin sabitliyinə qarşı yönəlmiş dağıdıcı fəaliyyətindən çox nigaranıq. Bu isə bizim, ortaq nigarançılığımızdır. Məhz həmin problemi aradan qaldırmaq üçün də bildirirəm ki, Böyük Britaniya İrana qarşı daha kəskin və zəruri addımlar atmağa hazırdır”.

 

Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Boris Canson, fevralın 12-də jurnalistlərlə görüşündə, Suriya-İsrail sərhədlərində baş verən son qarşıdurmalarda İranın oynadığı rolundan nigaran qaldıqlarını bildirmişdi: “Biz, Suriyada həqiqi sülh prosesinin başlanması üçün aparılan bütün cəhdlərə baxmayaraq, İranın bu ölkədə yürütdüyü siyasətindən və onun mənfi rəftarından nigaranıq. Hesab edirik ki, bunun qarşısı alınmalıdır”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar