SON XƏBƏRLƏR

Terror təşkilatının kanalının hesabı donduruldu

2021.10.20, 07:36
Terror təşkilatının kanalının hesabı donduruldu

Gunaz.tv

GünAz TV: PKK terror təşkilatının kanalı olan “ROJ TV”yə bir zərbə də Danimarkanın “Danske Bank”ından gəlib.

Ölkənin ən böyük bankı PKK-nın kanalının hesablarını dondurmaq qərarı alıb. Bu barədə “Mərkəz” Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 Bank rəsmiləri terrorda şübhəli bilinməmək üçün bu qərarı verdiklərini bildiriblər.

 Qeyd edək ki, “ROJ TV” terror təşkilatı PKK tərəfindən maaliyyələşdirilir. PKK Türkiyədə, ABŞ-da (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyində terror təşkilatı kimi tanınır. Danimarka peyk vasitəsilə yayımlanmaq üçün “ROJ TV”-yə 2004-cü ildə lisenziya (mücəvviz) verib. Danimarkadan 68 ölkəyə yayımlanan kanalın krallıq (padşahi) ərazisində şəxsi telestudiyası mövcud deyil.

 Xatırladaq ki, Türkiyə hökuməti “ROJ TV”nin bağlanmasını tələb etsə də, Danimarka hökuməti kanalı cərimələməklə kifayətlənib.

 Kanalın cərimələri haqda xarici mətbuatlarda müxtəlif rəqəmlər yazılıb. “Röyters”in məlumatına görə, məhkəmə kanalı 22 min dollarla cərimələyib. “Hürriyət” qəzetinin yazdığına görə, 400 min avro, “DW-WORLD”ün xəbərinə görə isə, cərimənin məbləği 700 min avro təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar