SON XƏBƏRLƏR

Təxminən bir həftə əvvəl saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Təxminən bir həftə əvvəl saxlanılan Ruhulla Əhmədnəjaddan heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjaddan heç bir xəbər olmaması onun ailəsinin nigaranlığına səbəb olub.

 

Fəal iyulun 2-də öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

 

O qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına intiqal edildiyini bildirmişdir. Fəalın ailəsi həmin telefon əlaqəsindən başqa onunla bağlı heç bir məlumat əldə edə bilmir. Bu məsələ onların nigaranlığına səbəb olub.

 

Məlumata görə, Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının(flaşka) məmurlar tərəfindən götürüldüyü bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar