SON XƏBƏRLƏR

“The Boss Baby” çizgi filmi türk dilinə dublyaj edilib - Güney Azərbaycanda / VİDEO

2021.10.20, 07:36
“The Boss Baby” çizgi filmi türk dilinə dublyaj edilib - Güney Azərbaycanda  / VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda daha bir məşhur  animasiya türk dilinə dublyaj edilib.

 

Amerikanın “Walt Disney” şirkətinin istehsalı olan “Balaca rəis” filmi “Bilim səsi” və “Asalayv” qrupları tərəfindən dublyaj edilib.

 

Film heç bir dövlət dəstəyi olmadan azərbaycanlı sənətkarların təşəbbüsü və səyi nəticəsində türk dilinə dublyaj edilib.

 

“Balaca rəis” filmini Azərbaycan türkcəsində internetdə izləmək üçün BURANI tıklayın.

 

Bundan əvvəl Güney Azərbaycanda “Heyvanlar şəhəri” ("Zootopia") və “Oynatmalı nağıl3” animasiyaları türk dilinə dublyaj edilib.

 

Çizgi filmlərinin türk dilində yayılması azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Türkcə filmlərə sosial tələb olduğu üçün, son illərdə Güney Azərbaycanda türk dilində hazırlanan tamaşa və filmlərin sayı artıb. Bütün bunlar dövlət dəstəyi olmadan və yalnız mədəni fəalların maliyyə dəstəyi hesabına həyata keçirilir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=1&v=Vs_hJQ_cZv4

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar