Tibbi yardımın göstərilməməsi İranda həbsdə olan etirazçının ölümünə səbəb olub

2021-02-23 09:38

Bazar günü insan haqları fəalları 2018-ci ildə dini bir təriqətin etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilən və səhhətindəki problemlərə məhəl qoyulmadığı üçün həbsxanada ölən iranlı məhkumla bağlı narahatlıqlarını dilə gətirib.

Gunaz.tv Quote | Gunaz article

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, Amnesty International tərəfindən vicdan məhbusu kimi xarakterizə edilən sufilərin Qonabadi təşkilatının üzvü Behnam Məhcubi 2018-ci ilin fevralında təşkil olunan nümayişdə iştirak etdikdən sonra həbs olunub və iki illik cəza müddətini keçən iyun ayında çəkməyə başlayıb.

 

Tərəfdarları və insan haqları qrupları onun panik tutmasından əziyyət çəkdiyini, həbsdə olarkən işgəncəyə məruz qaldığını və ona qəsdən tibbi yardım edilmədiyini iddia edir.


İranın həbsxanalar üzrə təşkilatı onun narkotik maddələrdən zəhərlənərək öldüyünü bildirib. Lakin bu ayın əvvəlində xəstəxanaya yerləşdirildikdən sonra insan haqları fəalları Məhcubinin səhhətinin pisləşməsinə nəyinsə səbəb olduğu barədə həyəcanlarını ifadə edib.


Human Rights Watch təşkilatının İran üzrə tədqiqatçısı Tara Sepehrifər "hökumətin Məhcubinin səhhətindəki problemi uzun müddət görməməzlikdən gəldiyinə dair ciddi iddialar var" deyib.


 

"Bu iddialar hər hansı cinayət məsuliyyətinə cəlb edilmək də daxil olmaqla, araşdırılmalıdır" - deyə, o bildirib.


BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Məhcubinin xəstəxanaya fevralın 12-də, komaya girəndən sonra yerləşdirildiyini bildirib və bununla bağlı "şəffaflığın olmamasından" ciddi şəkildə narahatlığını ifadə edib.


Amnesty International Məhcubiyə əvvəllər də qəsdə tibbi yardım göstərilmədiyi və ona aylarla işgəncə verildiyini bildirib.


"Behnam Məhcubinin ölüm xəbəri lazımi tibbi yardımın inkar edilməsindən sonra meydana gələn bir faciədir" - deyə, New Yorkda yerləşən İran İnsan Haqları Mərkəzinin (CHRI) icraçı direktoru Hadi Qayemi bildirib.


İran xaricindəki medianın yayımladığı xəbərlərdə bildirilir ki, Məhcubi panik tutmaları keçirdikdə əvvəlcə o, Tehranın Evin həbsxanasındakı klinikaya aparılıb. O, huşunu orada ona dərman verildikdən sonra itirib.


Daha sonra o, İranın paytaxtındakı Loğman xəstəxanasına köçürülüb və yaxınlarının onu ziyarət etməsinə icazə verilməyib.


Keçmiş prezident Donald Trampın ABŞ-ı geri çəkdiyi nüvə razılaşmasının yenidən canlandsırılması ilə bağlı danışıqlar getdiyi bir vaxt İranda son zamanlar insan haqlarının pozulması ilə bağlı tənqidlər də artıb.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.04.2021-Sözümüz: Mən Dilimlə Yaşaram, Qarabağ Savaşından Sonra İranın Tutumu

2021-03-05

gun az article

GünazTV March.04.2021- Düşünməyə Çağırı: Millət Qurucuları

2021-03-05

gun az article

Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

2021-03-04

gun az article

İran mətbuatında türklərə qarşı təhqirlərə cavab olaraq “Firdovsi”nin adı küçə lövhələrindən silinib

2021-03-04

gun az article

Həmədan əyalətində narkomaniya və oğurluq artıb

2021-03-04

gun az article

Son 24 saatda Qəzvində 125 nəfər koronovirusa yoluxub

2021-03-04

gun az article

Təbrizli jurnalist məsulların qanunsuz bizneslərini ifşa etdiyinə görə mühakimə olunacaq

2021-03-04

gun az article

Zənganda antik əşya qaçaqçılarından 3 min illik antik əşyalar götürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021-Görüş: İrançılıq qarşısında qeyri-fars millətlərin birliyi, Azərbaycan-İsrail dostluğu.

2021-03-04

gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02