SON XƏBƏRLƏR

Tiflisdə etiraz aksiyası davam edəcək

2021.10.20, 07:36
Tiflisdə etiraz aksiyası davam edəcək

Gunaz.tv

GünAz TV: Tiflisdə parlament binası qarşısında keçirilən etiraz aksiyası bu gün davam etdiriləcək. 

 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından olan "Utanc" hərəkatının lideri Şota Diqmelaşvili bildirib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 19:00-da parlament binası qarşısında aksiya davam etdiriləcək.

 

Saat 10.00-da isə Tiflisi Şəhər Məhkəməsi qarşısında ötən gün aksiyanın dağıdılması zamanı saxlanılanlara dəstək məqsədi ilə aksiya planlaşdırılıb. 

 

Qeyd edək ki, ötən gün Tiflisdə parlament binasının ətrafında keçirilən etiraz aksiyasını polis güc tətbiq edərək dağıdıb. Bu zaman 37 nəfər saxlanılıb, 2-si polis olmaqla 6 nəfər xəsarət alıb. 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar