“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17 11:59

Güney Azərbaycanın Tikantəpə şəhərində milli fəalların şəhər şurası seçkilərində dəstəklədiyi namizədlərin vahid siyahısı yayınlanıb.

Gunaz.tv Quote | Gunaz article

“Tikantəpə Birlik Səsi” qrupunun yayınladığı siyahıda 4 türk namizədin adı əks olunub.


Milli-mədəni fəalların namizədliklərini dəstəklədiyi dörd namizəd İrəc Abbasi, Behzad Ərcüməndi, Əli Məhəmmədpur və Səccad Mənsuridir.


Təklif olunan beşinci namizəd barədə ortaq qərar qəbul edilə bilmədiyi üçün məsələ seçicilərin öhdəsinə buraxılıb.


Tikantəpə şəhərinin milli-mədəni fəalları şəhərin türk əhalisindən mühacir kürdlərin fitnələrini zərərsizləşdirmək üçün şəxsi mənafei bir qırağa qoyaraq, təklif olunan siyahıda adları yazılan şəxslərə səs vermələrini istəyiblər. 


Bundan öncə Güney Azərbaycanın bir sıra ziyalılarının təklifi ilə Urmunun şəhər şurası seçkilərinə qatılmaq üçün “Urmu Birlik Səsi” qurupu tərəfindən 11 nəfərdən ibarət vahid namizəd siyahısı tərtib olunub.


Bu siyahıya Urmu Universitetinin öyrəncilərinin qurduğu “Azərbaycan” dərnəyi dəstək bəyanatı yayaraq, əhalini siyahıda adı keçən şəxslərə səs verməyə çağırıb.


Qeyd edək ki, kürd silahlı təşkilatları bundan öncə bəyanat yayaraq İranda keçirilən prezident seçkilərini boykot etməyə çağırıb. 


Ancaq onlar Qərbi Azərbaycanda yaşayan mühacir kürdləri Urmu, Salmas, Xoy, Tikantəpə, Makı, Sulduz və Sayınqalada keçiriləcək şəhər və kənd şurası seçkilərində aktiv iştirak etməyə, kürd namizədlərə səs verməyə səsləyib.


Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyarı və ona yaxın qruplar bölgədə torpaq iddiasında olan mühacir kürdlərin fəaliyyətinə və geniş səviyyədə seçki kampaniyası aparmasına şərait yaradır.


Bununla yanaşı  kürd silahlı qruplaşmalarına yaxın televiziya kanalları və İraq kürdlərinin TV şəbəkələri Qərbi Azərbaycanda keçiriləcək seçkiləri yaxından izləyir.


Bu telekanallar əyalətdə yaşayan mühacir kürdləri Urmu, Salmas, Xoy, Tikantəpə, Makı, Sulduz və Sayınqalada keçiriləcək şəhər və kənd şurası seçkilərində aktiv iştirak etməyə, kürd namizədlərə səs verməyə səsləyirlər. 

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  

https://gunaz.tv/az/new/guneyli-ziyalilar-urmu-birlik-sesi-qrupunun-vahis-namized-siyahisini-destekleyibler-1623833587

https://gunaz.tv/az/new/iraqin-simalindaki-muxtar-bolge-qerbi-azerbaycan-seckilerinde-mudaxile-edir-videofoto-1623483437

https://gunaz.tv/az/new/gunaztv-nin-rehberinin-barzanilerin-urmu-seckilerindeki-mudaxilesine-reaksiyasi-video-1623490147

https://gunaz.tv/az/new/qerbi-azerbaycan-eyaletinde-namizedlerin-milli-geyimli-tebligan-banerleri-yigisdirilib-foto-1623744664

https://gunaz.tv/az/new/seher-surasi-seckileri-oncesi-muhacirler-urmuda-fitne-toredir-video-1622707020

https://gunaz.tv/az/new/iraqin-simalindaki-muxtar-bolge-qerbi-azerbaycan-seckilerinde-mudaxile-edir-videofoto-1623483437

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30